Dövlət Dumasında ŞOK PROQNOZ: Rusiyada bu payız İNQİLAB ola bilər – VİDEObackend

Dövlət Dumasında ŞOK PROQNOZ: Rusiyada bu payız İNQİLAB ola bilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Duması Rusiyada inqilabın bu payızda baş verə biləcəyini bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Kommunist Partiyasının sədri Gennadi Züqanov ölkədəki mövcud iqtisadi vəziyyətlə bağlı narahatedici açıqlamalar verib.

O, ölkə iqtisadiyyatının birinci rübdə tamamilə çökməsini vurğulayaraq, yaxın gələcəklə bağlı ciddi xəbərdarlıq edib.

Züqanov bildirib ki, qarşıdan gələn payız aylarında Rusiyanı 1917-ci ildə baş verən hadisələrə bənzər bir ssenari gözləyə bilər:

“Payızda bizi 1917-ci ildə baş verən hadisələr gözləyir. Biz bunun təkrarlanmasına imkan verə bilmərik”.

Xuraman Etibarlı

İnterpress.az