“İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır. İnternet medianın hüququ əsasları qanunla tənzimlənməlidir”.
İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Deputat qeyd edib ki, bu qanun həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər.
O, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələrinin də hazırlanmasını təklif edib.
İnterpress.az