Fransa prezidentliyinə namizəd İsraildə “qara siyahı”ya SALINDIbackend

Fransa prezidentliyinə namizəd İsraildə “qara siyahı”ya SALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Fransa prezidentliyinə namizəd Jan-Lük Melanşonu “arzuolunmaz şəxs” elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

İsrail rəhbərliyi Fransanın solçu siyasətçisi və prezidentliyə namizəd Jan-Lük Melanşonu ölkəyə qarşı “həddindən artıq düşmən mövqe” tutmaqda günahlandıraraq “persona non grata” (arzuolunmaz şəxs) elan edib.

Qərarın qəbul edilməsinə səbəb Melanşonun 2027-ci il seçkilərində qələbə qazanacağı təqdirdə Fransa donanmasını Qəzza zolağına istiqamətlənən humanitar gəmiləri qorumaq üçün göndərəcəyini vəd etməsi olub.

Fransalı siyasətçinin bu bəyanatı rəsmi Təl-Əviv tərəfindən kəskin narazılıq və sərt addımla qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az