Sürətlə inkişaf edən, dünyanın önəmli ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. Prezident İlham Əliyev regionda cərəyan edən çox həssas və gərgin siyasi proseslərin fonunda balanslı, yalnız Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət yürütməklə ölkəmizin dünyadakı nüfuzunu yüksəltdi, gələcək uğurlar üçün siyasi və iqtisadi platforma formalaşdırdı”
Bu sözləri Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin ötən 15 ildəki fəaliyyəti dövründə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub:
“Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycanın dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirib. Məhz bu siyasət nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrlə Avrasiyanın nəqliyyat qovşağına, logistik mərkəzinə çevrilib. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır”.
ATEV sədrinin sözlərinə görə, bütün bunlar hər bir Azərbaycan Türkünü qürurlandırır və qarşısına əlavə vəzifələr qoyur: “Prezident İlham Əliyev 15 illik hakimiyyəti dövründə Azərbaycan -Türkiyə əlaqələrinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu gün Azərbaycan Türk dünyasının Lider dövlətlərindən biridir.
İnterpress.az