İlham Əliyev İmişlidəbackend

İlham Əliyev İmişlidə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət mərkəzin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

İnterpress.az