Toy evinə mərmi düşdübackend

Toy evinə mərmi düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Əfqanıstanın cənub əyaləti Helmandın Sangin rayonunda bir toy evinə düşən top mərmisi nəticəsində 26 nəfər ölüb, 55 nəfər isə yaralanıb.

Toy evində şənlik məqsədilə havaya atəş açılıb. Atəş açanların “Taliban” üzvü olmaları barədə məlumat alan Əfqanıstan ordusunun hərbçiləri evi hədəf alaraq top atıblar. Atılan toplardan biri aralarında uşaqların və qadınların olduğu əraziyə düşüb.

Hadisə ilə bağlı açıqlama verən rəsmilər bildiriblər ki, top atışı gələn kəşfiyyat məlumatlarına görə edilib. Onlara həmin evdə talibançıların olduğu deyilib.

Qeyd olunur ki, Sangin rayonunda son 6 ayda Əfqanıstan ordusuyla “Taliban\” arasında baş verən atışmada 600 mülki əhali, 200 əsgər və mindən artıq terrorçu öldürülüb.

İnterpress.az