Moskvada kişi vəfat etmiş qonşusunun mənzilinə sahib olmaq üçün onun oxşarını tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva sakini vəfat etmiş qonşusunun mənzilinə və puluna sahib olmaq məqsədilə onun oxşarını işə cəlb edib.
Məlumata görə, cinayət ortaqları mərhumun bank hesabından 2 milyon rubl (təxminən 40 min manat) çıxarıblar.
Daha sonra onlar saxta sənədlər vasitəsilə Mira prospektində yerləşən mənzili özəlləşdirməyə cəhd ediblər.
Hadisə ilə əlaqədar 41 yaşlı kişi saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Onun cinayət ortağı olan qadın isə Rusiyanı tərk etməyə müvəffəq olub.
Xuraman Etibarlı
İnterpress.az






