Əsəd cəbhə xəttindəbackend

Əsəd cəbhə xəttində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Suriya rəsmi agentliyi SANA prezident Bəşər Əsədin yeni il münasibətilə Şamın şərqindəki Cobar bölgəsində hərbiçiləri ziyarət etməsi barədə məlumat verib.

Əsgərlərin mövqelərinə qədər gələn B.Əsəd müxalifləri aşağılayan sözlər deyib. “Onlar yerin altında, tunellərdə yaşayırlar. Bəs yerin altında kimlər yaşayır? Orada ya gəmiricilər, ya kərtənkələlər, ya da siçanlar yaşayar. Bizlər isə yerin üstündə savaşırıq. Ölkədə hazırda bayram havası yoxdur, çünki ölkədə müharibə gedir. Bayram ordunun qələbə qazanmasıdır”.

Əsəd izyarət vaxtı əsgərlərlə eyni qabdan yemək yeyib. Hərbiçiləri təbrik edən ölkə başçısı deyib ki yeni il ailələrlə birlikdə keçirilir. “Lakin siz ailənizi qoyub burada xalqınızı və vətəninizi qorumaq üçün burada olmağı seçdiniz”.

Suriya ordusu müxaliflərin əlində olan Cobar bölgəsini geri aldığını açıqlamışdı.

İnterpress.az