Interpress.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Tahir Kərimli sosial şəbəkələrdə deputatların fikirlərinin konteksdən çıxarılmasından şikayətlənib.
“Konteksdən çıxarırlar, sonra da ağızlarından gələni deyirlər. İstənilən səviyyədə dövlət adamlarını təhqir edirlər. Abırsız-həyasız vəziyyətə salırlar.
Biz hamımız ailə tərbiyyəsi görmüşük, böyümüşük. Heç o sözləri eşitməmişik, görməmişik. Valideynlərimiz bizi küçəyə buraxmayıb ki, o sözləri eşidək. İndi gözlərimiz görür qulaqlarımız eşidir. Təhqir edirlər, biabır edirlər”, – Tahir Kərimli bildirib.
Millət vəkili Fəzail Ağamalı da sosial şəbəkələrdə Azərbaycana qarşı səslənən böhtanlarla bağlı sərt fikirlər səsləndirib:
“Sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan dolu fikirlər ifadə olunmaqdadır. Bu həm Avropada yerləşən antiazərbaycan qüvvələri tərəfindən həyata keçirilir”, – deyə Fəzail Ağamalı bildirib.
Interpress.Az