Azərbaycanda iki nazirliyin tabeliyindəki qurumların adları dəqiqləşdirildibackend

Azərbaycanda iki nazirliyin tabeliyindəki qurumların adları dəqiqləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiqləyib.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na büdcədən maliyyələşdirilən 100 qurum, təsərrüfat hesanlı 11 təşkilat və bir publik hüquqi şəxs daxil edilib.

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilib. Bu siyahıya büdcədən maliyyələşdirilən 86 qurum, təsərrüfat hesablı 3 təşkilat və bir publik hüquqi şəxs daxil edilib.

Interpress.az