Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılırbackend

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 15-dən Azərbaycanda kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılacaq.

Bu barədə “İnterpress.az”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq” ASC-dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər. Texnikanın gömrük dəyərinin 20%-ni ilkin ödəniş olaraq fermer, 40%-ni isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək.

İnterpress.az