Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
İnterpress.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Litva yığması ilə üz-üzə gələcək.
Martın 25-də “Bakcell Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisinin Nikola Yurçeviçin rəhbərliyi altında ilk sınağı martın 21-də səfərdə Xorvatiyaya qarşı olacaq. AVRO-2020-nin seçmə mərhələsindəki ilk görüş Zaqreb şəhərindəki \”Maksimir\” stadionunda keçiriləcək.
İnterpress.az