Fevralın 19-da İsrailin Təl-Əviv şəhərində Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunan anım tədbiri keçiriləcək.
Tədbirdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Rasim Musabəyov iştirak edəcəklər.
Parlamentin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, tədbir Akko şəhərinin bələdiyyəsi, Azərbaycan Evi, Azərbaycan yəhudilərinin əlaqələndirici mərkəzi, “İctimaiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı tərəfindən keçirilir. Yığıncaqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciə ilə bağlı Heydər Əliyev Fondunun hazırladığı fotosərgi nümayiş etdiriləcək, “Ağrı” adlı bədii–sənədli roman təqdim olunacaq.
İnterPress.az