ABŞ Prezidenti Donald Tramp Çin mallarına vergi rüsumlarının tətbiq edilməsinin təxirə salına biləcəyini söyləyib.
İnterPress.az \”Reuters\”ə istinadən xəbər verir ki, ABŞ ilə Çin arasındakı danışıqlarda rüsumların tətəbiqi ilə bağlı son tarix martın 1-i müəyyən edilib.
D.Tramp bildirib ki, son vaxtlar Pekinlə ticarət sazişi üzrə danışıqlar yaxşı gedir və buna görə də o, qəti şəkildə \”didlayn\”ın martın 1-də olmasında israr etməyəcək.
İnterPress.az