\”Azərbaycan Avtomobil Yolları\” Dövlət Agentliyi ölkə ərazisindəki avtomobil yollarının son vəziyyəti ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, hazırda Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yolun Quba və Qusar rayonları ərazisindən keçən, buzlaşma olan hissələrinə səhər saatlarında duz-qum səpilərək təhlükəsiz hərəkət təmin olunub. Quba rayonunun Xınalıq kəndinə və Qusar rayonunun Şahdağ ərazisinə gedən yollarda səhər saatlarında buzlşmaya qarşı müvafiq tədbirlər həyata keçirilib.
Giləzi – Xızı avtomobil yolunda səhər saatlarında yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı – Qobustan avtomobil yolunda yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan – Şamaxı – Muğanlı yolunda yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu – Yevlax yolunda yağıntı yoxdur, səhər saatlarında yolun Ağsu dolaylarından keçən buzlaşmış hissələrə qum-duz səpimb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – İsmayıllı yolunda yağntı yoxdur, səhər saatlarından başlayaraq yolun 14-16 km hissəsinə buzlaşmış sahələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı – Qəbələ-Oğuz – Şəki – Yağıntı yoxdur, səhər saatlarında yolun İsmayıllı-Qəbələ hissəsində buz bağlamış sahələrə qum-duz səpib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı – Ələt – Hacıqabul – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Hacıqabul – Ucar – Yevlax -Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax – Şəki (Göybulaq) -Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Gəncə-Daşkəsən – Xoşbulaq – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir – Gədəbəy – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır
Masallı – Yardımlı – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Lənkəran – Lerik -Yağıntı yoxdur, səhər saatlarında hava dumanlı olub, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.
İnterPress.az