Sumqayıtda 38 yaşlı kişi narkotik maddənin təsirindən ölübbackend

Sumqayıtda 38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 38 yaşlı kişi narkotik maddəinin təsirindən ölüb.

İnterPress.az-ın məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, şəhərin 13-cü mikrorayonunda \”qarajlar\” deyilən ərazidə orta yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindəın baxış keçirilib.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliynin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Məlum olub ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.(report)

İnterPress.az