Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov həm də generalın qardaşıdır; illərdir yaşıllaşdırma işləri üçün ayrılan milyonlar onun əlində cəmləşirdi…
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktorunu işdən çıxarıb. Unikal.org xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib. Xəbəri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən təsdiqləyiblər.
Yaşıllaşdırma Təsərrüfatı Birliyi meriyanın o zamankı rəhbəri Hacıbala Abutalıbovun sərəncamı ilə 2005-ci ilin oktyabrında yaradılıb. Belə ki, Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi yaradılıb.
Birlik Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Birliyin tərkibinə \”Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri xidməti idarəsi də daxildir.
İnterPress.az