Bakıda sevgilisinin qardaşını bıçaqladı…backend

Bakıda sevgilisinin qardaşını bıçaqladı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İnterPress.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Zalov 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 8-də Sabunçu rayonu ərazisində, həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu Rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.

Məlum olub ki, M.Zalovun bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır.(trend)

İnterPress.az