İnterpress.az xəbər verir ki, onlarda ən baha maşınlar, şəxsi təyyarə və dəbdəbəli yaxtalar var. Onlardan biri, 32 yaşlı Dubay əmirliyinin şahzadəsi Hamdam bin Mohammed bin Raşid əl-Maktum “İnstagram” sosial şəbəkəsindən aktiv istifadə edir. Bu səbəbdən onun həyatının epizodları barədə daha ətraflı məlumatlar almaq olur.
Şeyx Hamdan Dubaydakı özəl məktəbi bitirib. Daha sonra Sandxerstdəki quru qoşunları məktəbində təhsilini davam etdirib. Bu məktəb Britaniyanın elit hərbi təhsil müəssisələrindən sayılır. Bundan əlavə Londondakı iqtisadi kolleci və Dubaydakı idarəetmə məktəbində təhsil alıb.
Şahzadə atası kimi şer yazır. Onun şerləri daha çox romantik, vətənpərvərlik və ailəsi haqqındadır. O, yazdıqlarını Fazza imzasıyla çap edir. Bu ad “sürət”və “hər şeydə uğur” mənasını verir.
Şeyx Hamdan Dubayın şəhər şurasının üzvü və Dubay Əmirliyinin idman komitəsinin prezidentidir. Bundan əlavə Dubayın autizmlə mübarizə mərkəzinin və gənc biznesmenləri dəstəkləyən liqanın fəxri hamisidir.
Şahzadə gözəl at sürə bilir. Asiya Olimpiya oyunlarında qızıl medal qazanıb. Gənc şeyx müxtəlif nəqliyyat vasitələrindən istifadə edir. Reaktiv təyyarədən tutmuş limuzinə, saf qanlı ərəb kəhərinə, dəvələrə qədər. Onun hətta külli miqdarda pul xərclədiyi dəvə sürüsü də var.
İnterpress.az