İclasda ASGA-nın sədri Səbuhi Abbasov, İH-nin üzvləri, ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili, ASGA Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu, Ümumukrayna Azərbaycanlıları GT-nin icraçı direktoru Elməddin Zərbəlizadə iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb, xatirəsinə ehtiram göstərilib.
İclası giriş sözü ilə ASGA-nın sədri Səbuhi Abbasov açaraq təşkilatın 2014-cü ildə qazandığı uğurlardan danışdı: “2014-cü il bizimçün çox uğurlu oldu. Rusiya, Ukrayna və Polşa nümayəndəliklərini təsis etdik. Bundan başqa ölkə daxilində də təşkilatımızın nümayəndəliklərini açdıq. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, ötən il 2 beynəlxalq və 6 respublika səviyyəli layihələr reallaşdırdıq. Təşkilatımızın haqqında yerli mətbuatda 209, xarici ölkə mətbuatında isə 42 məqalə işıq üzü görüb. Bu uğurları 2015-ci ildə daha da artırmalıyıq.”
Sonra ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili çıxış edərək təşkilatın Rusiya nümayəndəliyinin təsis edilməsinin bu ölkədə diasporamızın inkişafında xüsusi rol oynadığını diqqətə çatdırdı: “Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın rəhbərliyi ilə gənclərimiz arasında çox böyük təşkilatlanma işi gedir və getməkdədir. Biz də ASGA Rusiya nümayəndəliyi olaraq Leyla xanımın fəaliyyətinə dəstək olmağı və birgə fəaliyyəti prioritet olaraq seçmişik.”
ASGA Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu isə çıxışında diaspor təşkilatları ilə birgə fəaliyyətin zəruriliyindən danışdı: “Diaspor təşkilatları ilə birgə fəaliyyət göstərmək çox vacibdir. Biz artıq bu istiqamətdə bir çox işlər görmüşük. Azərbaycan-Ukrayna Gənclərinin forumunun keçirilməsini planlaşdırırıq.”
Sonda ASGA İdarə heyəti 2015-ci il üçün fəaliyyət planını, təşkilatın strukturunu və Quba nümayəndəliyinin yaradılamsını təsdiq etdi. ( AZSlav.org )
İnterpress.az