NASA iki qalaktikanın toqquşmasını göstərdi – FOTObackend

NASA iki qalaktikanın toqquşmasını göstərdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, NGC 6052 obyekti yüksək dəqiqlikli “Habbl” teleskopu ilə çəkilib. Sözügedən obyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir.

NGC 6052 obyekti 1784-cü ildə ingilis astronom Uilyam Herşel tərəfindən kəşf olunub. Əvvəl alim bunu qeyri- simmetrik formalı vahid qalaktika kimi təsvir edib. Ancaq illər sonra tədqiqatçılar bunun əslində iki qalaktikanın toqquşması olduğunu müəyyən edib.

Oxşar aqibət Süd yolunu da gözləyir. Bizim qalaktika dörd milyard il sonra qonşu Andromeda ilə toqquşacaq.

NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO

İnterPress.az