Qərbin gözü ilə İslam mədəniyyətibackend

Qərbin gözü ilə İslam mədəniyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugünkü qərb mədəniyyəti yalnız öz mədəniyyət təcrübəsinin nəticəsi olmayıb, xüsusi ilə elm və texnologiya sahəsindəki inkişafların təməlını təşkil edən, düşüncə etibarilə İslam mədəniyyətinin böyük nisbətdə təsiri altında qalmışdır. Bu həqiqətə Qərbin bəzi insaflı elm adamları da işarə edirlər. Məsələn, R.V .Bodli belə deyir: \”İntibaha görə İslamiyyətə borcluyuq.\”

Çarls Siqnebos isə \”Şərqlilərlə tanışlığın nəticəsində Qərblilər mədəniləşdilər. Bu mədəniləşməyin sürəti, tamami ilə məlum deyilsə də, bizim (Qərblilərin) Müsəlmanlara borclu olduğumuz şeylərin hesabı (siyahısı) çox uzundur\” deməkdədir.

Con Davenport \”Hz. Məhəmməd və Qurani- Kərim\” adlı əsərində belə deyir: \”Müsəlmanlar arasında, fənn və sənət 600 illik bir müddət yüksəliş həyatı keçirmiş olduğu dövrdə bizim xristiyanlarımız arasında ən kobud barbarlıq olduqdan başqa ədəbiyyat belə sönük yaşayırdı \”.

Qustav Le Bon deyir ki: \”Avropanın tamamilə qaranlıq bir vəhşilik dövrü yaşadığı dövürlərdə İslamın hakim olduğu iki böyük şəhərdə, Bağdad və Kordovada (Kurtuba) yer üzünü parlaq işıqlarıyla işıqlandıran iki mədəniyyət mövcud idi.\”

Moris Busaill də \”Kitabi Müqəddəs Quran\” ( Maurice Bucaille, 175) adlı əsərində bu sətirlərə yer verir: \”Müsəlmanların yüksəliş çağı olan Miladi VIII və XII əsrlər arasında, bizim xristian ölkələrdə elmi inkişafa məhdudiyyətlər tətbiq olunarkən, İslam universitetlərində diqqəti çəkəcək qədər elmi araşdırmalar və ixtiralar reallaşdırılırdı. O dövrdə mədəniyyətin görülməmiş və yeni imkanlarının olduğu yer, İslam dünyasıdır. Kordovada (Kurtuba )Xəlifənin kitabxanası 400.000 dəri kitab ehtiva edirdi.”

Q. Rivoir isə bu barədə \”Şimali Afrika və Əndəlus (İspaniya) mədəniyyəti zirvəyə qalxarkən eqoist və pessimist bir qisim xristiyan ilə kilsə, xəstəliyi İlahi bir cəza olaraq qəbul etdiklərindən fiziki narahatlığı ortadan qaldırmağı hədəf alan tibb elminə qarşı da bu cür rəftar edirlər\” deməkdədir.

H.Q. Vells \”Qısa Dünya tarixi\” əsərinin 162. səhifəsində: \”Müsəlmanların hər fəthi ölkədə elm inkişaf etdi. VIII əsrdə, müsəlman olmuş bütün ölkələrdə təhsil və təhsil təşkilatları mövcud idi. IX əsr İspaniyadakı Kordova məktəbindəki alimlər, Qahirə , Bağdad, Buxara və Səmərqənddəki alimlərlə yazışırdılar. Aristotelin və İskəndəriyyə mədrəsəsinin saçdığı, lakin çox uzun bir zaman sonsuz qalmış olan toxumlar indi bəhrəsini və meyvələrini verməyə başlayırdı. Riyaziyyat, tibb və fizika elmləri sahələrində böyük irəliləmələr oldu. Səliqəsiz Roma rəqəmlərinin yeri bu gün hələ istifadə olunan ərəb rəqəmləri aldı. Sıfır işarəsi ilk dəfə icad edilib istifadə olunmağa başlandı. İslam düşüncəsi, Fransanın, İtalyanın və bütün Xristian aləminin orta əsrlər fəlsəfəsinə yeni bir həyat qazandırmışdır.\”

Fransız Rozental isə İslamiyyətin elmə necə yaxşı bir zəmin meydana gətirdiyini belə açıqlayır: \”İslamda olduğu ölçüdə heç bir inanc sistemində din-elm bağlılığı ayrılmaz bir şəkildə reallaşmamışdır.\”

Aldo Miçli \”La Science arabe\” adlı əsərdə \”Əndəlusda (İspaniya) çox xristian şagird oxumaqda idi. Şərqdən mühüm kitablar gətirilirdi. İslam elm və fəlsəfəsi IX –XI Əsrlər arasında çatmış və XII əsrdən başlayaraq Siciliya və Əndəlus yolundan Qərbə keçməyə başladı. Beləcə qərbdə böyük bir tərcümə dövrü açıldı \”cümlələrinə rast gəlirik.

F. K. Hitti isə \”İslam tarixi\” (Hitti, 3/919) adlı əsərində qərbin İslam mədəniyyətindən təsirləndiyini bu şəkildə açıqlayır: \”Həqiqətən də bu məlumat axını, XII əsrdə o qədər qüvvətli və canlı bir hala çevrilmişdi ki, Əndəlus üzərindən Avropaya daşınmağa başlanmışdır. \”

Corc Zeydan \”İslam Mədəniyyəti\” adlı əsərində bu şəkildə açıqlayır: \”Köhnə mədəniyyət, İslam tarixi ilə bitmiş, hal-hazırda mədəniyyət ondan meydana gəlir.\” Yenə eyni müəllif İslamiyyətin mədəniyyət təşkili üçün nə qədər uyğun bir zəmin meydana gətirdiyini bu cümlələrlə izah edir : \”Yunanlılar, İranlılar dövlət təşkilindən xeyli əsrlər sonra mədəniyyət aləminə təsir edə bilmişlər . Halbuki müsəlmanlar dövlət təşkil etdikdən yalnız bir əsr sonra mədəniyyətlərini, elmi fəaliyyətlərini aləmə göstərə bilmişlər. II və III əsrlərdə isə, İslam Düşüncəsi bütün dünyanı zəbt etmiş idi. \”

S. Hunk da (Hunk, 18) \”İslam Günəşi\” adlı kitabında fikirlərini bu şəkildə açıqlayır : \”Şübhəsiz bu çağda müsəlmanların Qərb ilə 750 il qədər davam edən yaxın qonşuluqları əsnasında, dünyanın mədəniyyət nəql edən bir ictimaiyyəti olduğunu, yunanlara nəzərən bəşər mədəniyyətini ən az iki misli inkişaf etdirib Qərbə bir çox mövzularda birbaşa təsir etdiklərini kim sdemirki , bundan kim bəhs etmirki ?\” Yenə eyni yazıçı (Hunk, 125) \”intibahımızın ustadları, onun üçün Yunanlılar deyil, əksinə müsəlmanlar oldular\” S.Hunk Qərbin Şərqdən təsirlənməsini bu cümlələrlə ifadə edir: \”Qadağalara və rəsmi düşmənçiliyə baxmayaraq Qərb, texniki, səhiyyə, gigiyena və dövlət təşkilatı baxımından İslam mədəniyyətinin ümumi mədəniyyət varlıqlarına yaxınlıq əldə etdi. Yavaş-yavaş onun zehni mirasını əlinə keçirdi. Bu sayədə əsrlərlə davam edən bir mürgüləmə və keylik dövrindən xilas, nəhayət öz qənaətləri ilə bənzərsiz bir yüksəlişə doğru hərəkətə başladı. Təbii olaraq Qərb, İslam mədəniyyətindən yalnız elmi sahələrdə deyil, bu arada həyatın bütün sahələrində və incəsənətdə də yaşayışını daha zəngin, daha gözəl, halını daha çox yaxşılaşdıran saysız kiçik, lakin mühüm ilhamlar aldı. \”(Hunk, 461)

K. S. Albornoz \”Espagne et L\’İslam\” adlı əsərində bunları söyləməkdədir: \”Təbii olaraq artıq bu gün orta əsrlərin qaranlığından bəhs etmək yersizdir. Lakin getdikcə yıxılan, bəxtsiz Avropadan bəhs etmək yerində olar. Bunun qarşısında müsəlman İspaniyanın o fövqəladə mədəniyyətini qoymaq lazımdır. Ərəblərin İspaniyadakı fəaliyyəti haqqında araşdırmalar edən böyük ustadlar Məğrib – İspan mədəniyyətinin genişliyi, dərinliyi, parlaqlığı mövzularında bizə yeni üfüqlər açırlar. Bu mədəniyyətin fəlsəfə, məlumat, ədəbiyyat, xülasə Xristian Avropa mədəniyyətinin bütün qollarının inkişafında böyük bir təsiri olduğunu göstərirlər. Onlar bu təsirlərdən orta əsrlər düşüncəsinin ideoloqları sayılan S.Tomas və Dantenin belə xilas ola bilmədiyini ifadə edirlər. Heç şübhə yox, Pirney yarmadasını iki tərəfində və ya Aralıq dənizi sahillərində bir çox şəxslər, bu əhəmiyyətli təsiri qəbul etməkdən bir növ diksinmə ilə çəkinirlər. Bu gün əldə olan dəlillər, bu iddiaları qəbul etməyə bizi məcbur edir və dərhal , hər gün bunlara yeni mənbə və dəlillərin əlavə olunması baş verir. İntibah hərəkətinin doğmasından əsrlərcə əvvəl, Kordovada coşub axacaq böyük bir mədəniyyət çayının ilk çeşmələri özünü göstərir. Bu mədəniyyət yeni dünyaya antik düşüncənin təməllərini köçürəcək. \”

R.Sediltot ilə eyni adı daşıyan Sedillot: \”Histoiregenerale des Arabes\” adlı kitabında Qərbin nankorluğunu belə izah edir: \”Müsəlmanları və onların bütün orta əsrlər boyunca yeni mədəniyyət üzərinə icra etdikləri təsiri unudulmağa məhkum etməkdə hərhalda xüsusi bir niyyət vardır.\”

Qərbin nankorluğu Prof. E.F. Qutierin \”Moeurs et coutumes des Musulmans\” adlı əsərində bu şəkildə izah edilir: \”İntibahın ilk dil açma anları elə bir dövrə təsadüf etdi ki, barbarlıqdan uyanmaqda olan Avropa, İslam mədəniyyətinə heyranlıq və dərin bir ehtiramla baxmaqda idı.Təqlidi mümkün olmayan bu nümunə qarşısında cəsarətini itirən Qərbin qolları yanına düşür. Hər halda biz bu gün də tamamilə əksinə bir ifrata düşürük. İrqçiliyə söykənən dayanan bu nankorluğumuzdan ötəri öz -özümüzü nə qədər danlasaq ,haqlı olarıq. \” Yenə eyni əsərin 282. Səhifəsində: \”Bizim intibahımız İslam mədəniyyətinin xatirəsini tez unutdu; halbuki ona qarşı çox böyük minnət vardır.\”

Hambolt \”Kosmos\” adlı əsərində: \”Müsəlmanlara bugünkü gün tam mənasında dərk etməyə vərdiş etdiyimiz elmlərin həqiqi qurucuları gözüylə baxılmalıdır. Onlar, keçmişdəkilərin heç bilmədikləri fənn və elmi təcrübələrdə kəşflər edərək çalışmaq səviyyəsinə çatmışlar\” deməkdədir.

A. Komt da bunu təsdiq edir: \”Müsbət elmləri Avropaya gətirən müsəlmanlardır\” deyir və əlavə edir: \”Fəth etdikləri ölkələrdə, elmi araşdırma və təhsili verən məktəblər qurar- qurmaz, umumi bir şövq, üstün səviyyədəki seçmə ziyalıları, bu yeni işığa doğru vadar etdilər. Müsbət elmlərin əhəmiyyəti daha başlanğıcda papalıq tərəfindən dahi hiss kimi qəbul edildi , ruhanilərin bir çoxu və ən tanınmışları və bu arada hətta iki papa belə təhsillərini başa çatdırmaq üçün Kordovaya gedib İslam müdərrislərindən elmi müşahidə və araşdırma üsulları təhsili gördülər. \”

Digər tərəfdən Draper bunları yazır: \”Müsəlmanlar elmi inkişaf etdirib yazarkən, hətta yeni elmlər inkişaf etdikləri zamanda , Avropa indiki Cənubi Afrika zəncilərin olduğu qədər mədəni idi. Müsəlmanların fəlsəfədə, riyaziyyat və astronomiyada, kimya və tibdə əldə etdikləri, hərbi müvəffəqiyyətləri ilə daha böyük və daha davamlı idı.\”

Dr. Qustav Le Bon da əsərində bu sətirlərə yer verir: \”Müsəlmanların elmi işləri və ixtiraları araşdırıldığında, heç bir millətin, bu dərəcə qısa bir zamanda bu qədər çox sayda kəşflər etmədiyi və məhsuldar olmadığı görülür. İslamın müsbət elmi metodu, təcrübə və müşahidə etməkdir. Kitablar oxumaq və ustadların nəzəriyyələrini təkrarlamaq isə Orta əsrlər Avropasının metodu olmuşdur. Aradakı fərq fövqəladə əsaslıdır.”

Məşhur Fransız riyaziyyatçısı Montukla \”Histoire des Mathematiques\” adlı kitabında müsəlmanlara heyranlığını bu şəkildə izah edir: \”Müsəlmanlar uzun zaman elmin yeganə sahibləri idi, XI əsrin qaranlıqlarını aydınlatmağa gələn ilk işıqları onlara borcluyuq. Bu dövr ərzində riyazi şöhrət qazana bilmiş hər kəs elmlərini Müsəlmanlardan əldə etmişlər.\”

Viardod da \”La Civillisation des Arabes\” ünvanlı kitabında müsəlmanların mədəniyyətin binövrəsini təşkil etdiyini bu cümlələrlə izah edir: \”Dante, Petrarquye və Bossaçi, İntibahın bu ataları, Provense ziyalılarının ustadları sayırdılar. Provense ziyalıları da Ərəblərin müridləri olduqlarına görə, ədəbiyyatın olduğu qədər elmin də yolunu Avropaya açan Ərəblər olmuşdur.\”

Lekiy \”Rasionalist Fəlsəfə tarixi\” adlı kitabında: \”Avropanın intellektual mənada oyanışı və canlanışı ancaq təhsilin monastırlardan universitetlərə, Məhəmmədi elmin və sənayedəki müstəqilliyin kilsə səltənətini sıradan çıxarmasından sonra başlamişdir\” deməkdədir.

C.Davenport isə \”Quran və Mesajı\” adlı əsərində belə deyir: \”Elm və mədəniyyət iddiasına Müsəlmanların göstərdiyi hörmətdən daha dərin bir hörmət göstərən millət gəlməmişdir.”Müəllif sonra yazır : “ Bir İslam şairi:\” Bir çox bilikli gördüyüm zaman, onu qarşılayar və ona dəyər verərəm \”deyir. Hz . Peyğəmbərin(s) bir çox hədisi elm və mədəniyyətə ən səmimi hörmət ilə doludur. \”Alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələr Qiyamət günü.\” \”Qələm və mürəkkəb” İslamda çox dəyərlidir. Yəni ,əsərlərini miras qoyan alimlərin üzünə cənnət qapıları açıqdır.\” \”Dünya dörd şeyə dayanır: Alimlərin məlumatı, böyüklərin ədaləti, yaxşı insanların ibadəti , igidlərin cəsarəti. \”Lakin daha əhəmiyyətlisi, müsəlmanların dünya zənginliyini əhəmiyyətsiz bir şey tanımaları, buna qarşılıq elmi ən qiymətli şey saymalarıdır.\” \”Müsəlmanlar arasında elm və incəsənət 600 il boyunca parlaq bir həyat sürərkən ,bizim aramızda ən kobud bir barbarlıq yaşanmışdır . Ədəbiyyat da ən sönük günlərini yaşayırdı.\”

Moşeim isə belə deməkdədir:\” X əsrdən başlayaraq Avropaya yayılan hikmət, astronomiya, fəlsəfə və riyaziyyat kimi elmlərin Ərəb məktəblərindən alındığı, xüsusi ilə Əndəlus müsəlmanlarının Avropa fəlsəfəsinin ustadı olduqları şübhəsizdir.\”

Hörmətli və dəyərli oxucular! Bu araşdırmanı daha da geniş yazmaq mümkündür. Bu bir həqiqətdir ki, İslam və onun mədəni irsi dünyaya çox böyük və təsəvvür olunmaz faydalar vermişdir. Oxuduqlarınız bu faktlar İslam və onun mədəniyyəti dəryasından sadəcə zərrələr idi. Biz bu gün milli – mədəni dəyərlərimizi yaşatmalı və təbliğ etməliyik ki, başqaları bizi görmək istədikləri kimi dünyaya təqdim etməsinlər. İslam sözünün mənasında sülh, əminamanlıq və hüzur anlayışları yatır. Bizim dinimiz salam və sülh, elm və maarif, mədəniyyət və əxlaq, təmizlik və saflıq, qardaşlıq və bərabərlik dinidir.
Terror və insanlığa nifrət dini deyil!