Gürcüstanda şəhər merliyinə namizəd gənclərlə görüşüb – FOTObackend

Gürcüstanda şəhər merliyinə namizəd gənclərlə görüşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Namizəd gənclərə seçkiöncəsi proqramının təqdimatını edərək özünüidarəetmə orqanlarının həyata keçirəcəyi işlərdə gənclərin iştirakının vacibliyinə diqqət yetirdi.

Zaur Darğallı çıxışında mer seçiləcəyi tədqirdə əhəmiyyət göstərəcəyi mövzuları xüsusilə vurğuladı. Onlardan, gənclər üçün nəzərdə tutulan proqramların həyata keçirilməsi, gənclərin idealarının, inkişaf mərkəzlərinin yaradılmasının planlaşdırılması, habelə ali təhsil ocaqlarının son kurslarında təhsil alan və bitirmiş gənclər üçün \”Marneuli könüllüləri\” adlı staj proqramının yaradılması, tələbələr üçün güzəştli nəqliyyat kartları, təqaüdlər,iş imkanları və s. Kimi işləri həyata keçirəcəyini dedi.

Namizəd seçki platformasını təqdim etdikdən sonra görüş diskussiya şəkilində davam etdi. Gənclər onları narahat edən bir sıra məsələlərə toxunaraq idea və təkliflərini irəli sürdülər.

Qeyd edək ki, Gürcüstanda mer seçkiləri may ayında keçirilməsi nəzərdə tutulur, aparılan araşdırmalara əsasən ən çox şansı olan namizəd Zaur Darğalıdır.

Gürcüstanda şəhər merliyinə namizəd gənclərlə görüşüb - FOTO

Gürcüstanda şəhər merliyinə namizəd gənclərlə görüşüb - FOTO

Gürcüstanda şəhər merliyinə namizəd gənclərlə görüşüb - FOTO

İnterPress.az