Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Allahşükür Paşazadə Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən danışıb. Şeyxülislam multikulturalizmin ölkəmizdə dövlət siyasəti qismində həyata keçirildiyini deyib, QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini xüsusi qeyd edib. Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına həsr olunan və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran A. Paşazadə iyun ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək növbəti beynəlxalq forumu xüsusi vurğulayıb və rumın müftinin də bu tədbirə dəvətli olduğunu diqqətə çatdırıb.
Rumıniya muftisi konfransda məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb.
Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku iştirak edib.
İnterPress.az