Onun sözlərinə görə, Seymur İsayevin tapşırığı ilə mühasib Tural Eyvazxan oğlu Hüseynov, direktor Rəşad Cəmil oğlu Abbasov, xəzinədar Elnarə Əli qızı Bağırova, Famil Məhərrəm oğlu Kazımov, Elmir Elxan oğlu Mirzəyev, Zaur Rafael oğlu İmamverdiyev rəsmi sənədləri saxtalaşdırmaqla külli miqdarda əmlakını ələ keçiriblər.
Müraciətdə deyilir: \”Mənimlə ”Evrostroy-S” prezidenti Seymur İsayev arasında görülən işlərlə bağlı şifahi müqavilə olub. Mən sonuncuya inanmışam. Düşünmüşəm ki, Məkkəyə ziyarətə gedib gəlmiş şəxs haramxorluq etməz.
Ona inanaraq Hüseyn Cavid prospektində 16 mərtəbəli yaşayış binasında tikinti dayanmasın deyə 24 min manatlıq taxtanı tikinti materialı satan şəxslərdən nisyə alıb vermişəm.
Seymur İsayev saxladığı qadının anasına məxsus, Binəqədidə yerləşən evi mənə təmir etdirib. Təmir işlərinə görə 10 min 600 manat borc yaranıb. Ziya İsmayılzadə adlı şəxsə öz cibimdən 5 min manat borcunu vermişəm.
Həmin pulu da bu gün də mənə qaytarmayıblar. Onun sifarişi ilə \”Gilavar” restoranında 12 min manatlıq təmir işlərini aparsam da, bu günə qədər pulumu ala bilməmişəm.
\”Vorovski”də Seymur İsayevin sifarişi ilə onunla münasibəti olan digər bir xanımın evində 12 min 500 manatlıq təmir tikinti işləri görmüşəm. Bu işə görə də pulumu ödəməyib.
Hər üç şifahi müqavilə üzrə mənə qarşı 780 min manat dələduzluq ediblər. Bu azmış kimi, mənə qarşı məhkəməyə iddia verərək məndən saxta sənədlər əsasında pul tələb edirlər”.
Bütün bu faktlar, şikayətlərdən sonra Təbriz küçəsində evi sökülənlər və AMEA əməkdaşları ciddi narahatdırlar. Ümidvarıq ki, şirkət sakinlərin problemini həll edəcək. Onların mövqeyini dərc etməyə hazırıq. /aztoday
İnterPress.az