İnterPress.Az xəbər verir ki, filmin bu bölümünə də Hollivudun məşhur aktyoru, 51 yaşlı Daniel Kreyq çəkiləcək. Bu barədə filmin Twitter-dəki “Ceyms Bond” hesabında məlumat paylaşılıb.
Daniel Kreyq müsahibələrinin birində “Yenidən Ceyms Bond olsam, biləyimi kəsərəm” sözlərini səsləndirsədə, 2020-ci ilin aprelində işıq üzü görəcək ekran işində yenidən həmin obrazı canlandıracaq.
“Ceyms Bond”un 25-ci filmində isə ötən il Fredi Merkuri obrazı ilə “Oskar” qazanan Rami Malek də rol alacaq. Rami, hekayədə mənfi obrazı canlandıracaq.
İnterPress.Az