İnterPress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir yeni hökumətdə təmsil olunmasının iki məsələdən asılı olduğunu deyib.
P.Klimkin bildirib ki, bunlar qarşılıqlı istək və üstünlük verdikləri məsələlərdə mövqelərin üst-üstə düşməsidir: “Mənim prinsip və dəyərlərim var. Əgər bunlar üst-üstə düşsə və işləmək üçün qarşılıqlı istək olsa, onda biz danışacağıq. 5 ildə gördüyümüz işlərdən imtina etmək niyyətində deyiləm”.
Məlumata görə, bir müddət əvvəl V.Zelenski Ukraynanın Baş Naziri Vladimir Qroysmanla gizlicə görüşüb.
İnterPress.az