Gədəbəy və Ağdaş sakinlərindən sənədsiz ov tüfəngləri götürülübbackend

Gədəbəy və Ağdaş sakinlərindən sənədsiz ov tüfəngləri götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Göyəlli kənd sakini A.Tağıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq sənədləri olmayan “Karabin” tüfəngi və 1 ədəd optik nişangah aşkar edilərək götürülüb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mürsəl kənd sakini R.Musayevdən müvafiq sənədi olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

İnterPress.Az