DİM sədri: “Nəzarətçi müəllimlərin 12 faizi köçürməyə şərait yaratdığına görə “qara siyahı”ya salınıb”backend

DİM sədri: “Nəzarətçi müəllimlərin 12 faizi köçürməyə şərait yaratdığına görə “qara siyahı”ya salınıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin abituriyentlərin nəticələri ləğv olunmur, çünki onlar müsabiqə şərtlərini onsuz da ödəmirlər: \”Minlərlə abituriyentin nəticələri ləğv edilsə, bu da müəyyən dərəcədə araşdırmaların sayının çoxalmasına gətirib çıxaracaq. Bu da çox sayda vətəndaş qəbulu deməkdir\”.

M.Abbaszadə qeyd edib ki, bu il ərzində köçürməyə şərait yaradan 12 faiz nəzarətçi müəllim barədə Rayon Təhsil Şöbələrinə məktub göndərilib: \”Artıq onlar mərkəzin \”qara siyahı\”sına düşüb və heç vaxt nəzarətçi qismində imtahanlarda iştirak etməyəcəklər\”.

İnterPress.Az