Sabahdan məktəblərdə dərslər dayandırılırbackend

Sabahdan məktəblərdə dərslər dayandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, 2018-2019-cu tədris ili üçün müəyyən edilən qrafikə əsasən, ibtidai siniflər üçün 1-5 may tarixlərində əlavə yaz tətili müəyyən edilib.

Həmçinin məktəbəhazırlıq qruplarında beş gün əlavə tətil (1-5 may) olacaq.

Qeyd edək ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq.

Dərs ili ərzində beş gün olmaq şərti ilə payız, qış və ibtidai siniflər üçün əlavə yaz tətili müəyyənləşib.

İnterPress.Az