Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kino festivalda təmsil olunacaqbackend

Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kino festivalda təmsil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, 30-dan çox ölkənin qatıldığı festival çərçivəsində 67 film nümayiş etdiriləcək.

Azərbaycanı beynəlxalq tədbirdə Leyli Qafarova “Bir zaman Şanxayda” və Hilal Baydarov “Bir gün Səlimpaşada” filmləri ilə təmsil edəcəklər. Hər iki sənədli film 2018-ci ildə lentə alınıb.

Festivala təqdim olunan filmlər Tbilisidəki “Amirani” kinoteatrı və Gürcüstan Ədliyyə Nazirliyinin Milli Arxivinin kinoteatrında nümayiş etdiriləcək.

Qeyd edək ki, “CineDOC-Tbilisi” Cənubi Qafqaz bölgəsində sənədli filmlərin ilk festivalıdır. 2013-cü ildən etibarən keçirilən festivalın məqsədi sənədli film janrının populyarlaşdırılmasıdır.

İnterPress.Az