Bu haqda “Venesuela Cinayət Forumu” qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero “Twitter” hesabında yazıb.
Təşkilatın hesablamalarına görə, saxlanılanların çoxu Suliya ştatında keçirilən mitinqin iştirakçıları olub. Digər bölgələrdə saxlanılanların sayı bir-dörd arası dəyişir.
00:36
Venesuelanın müxalifət lideri Xuan Quaydo ordunu hazırkı prezident Nikolas Maduronu devirməyə səslədikdən sonra ölkədə yenidən vəziyyət gərginləşib.
Venesuela hökümətinin müxalifət tərəfə keçmiş bir qrup hərbçinin planlaşdırdığı hərbi çevriliş cəhdini yatırmaq üçün həyata keçirdiyi əməliyyatlarda ən az 50 nəfər yaralanıb.
Bu barədə ölkənin səhiyyə naziri Maxiya Santi məlumat verib. Onun sözlərinə görə, 30 nəfər rezin güllələrdən, bir nəfər isə odlu silahdan açılmış atəş nəticəsində yaralanıb. Daha öncə qarşıdurmalarda 35 nəfərin yaralandığı bildirilmişdi.
Hazırda paytaxt Karakasda və bir sıra böyük şəhərlərdə hökumət əleyhinə etiraz aksiyaları davam edir.
30 aprel. 15:36
Venesuela höküməti müxalifət tərəfə keçmiş bir qrup hərbçinin planlaşdırdığı hərbi çevriliş cəhdini yatırmaq üçün müvafiq tədbirlər görməkdədir.
Bu haqda Venesuelanın informasiya naziri Xorxe Rodriges “Twitter” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, həmin qruplaşma Karakasın La-Karlota aviabazası yaxşılığında yerləşən yol qovşağına toplaşıb.
Müxalifət lideri Xuan Quaydo və onunla bərabər hərbi formada olan 70 nəfərə qarşı gözyaşardıcı qazın tətbiq olunduğu bildirilir.
15:00
Venesuelanın müxalifət lideri Xuan Quaydo ordunu hazırkı prezident Nikolas Maduronu devirməyə səsləyib.
O, çağırışını “Twitter” hesabında yayımlayıb. Quaydo Venesuelada çevrilişin başlandığını açıqlayıb.
X.Quaydo Karakasın sabiq bələdiyyə sədri Leopoldo Lopezi ev dustaqlığından azad edib. Lopez Maduroya müxalif şəxslərdən biridir.
Məsələ ilə bağlı açıqlama verən Venesuela hökuməti çevriliş cəhdinin başlandığını təsdiqləyib və hazırda bunun qarşısının alınması üçün işlərin getdiyini bildirib.
Xatırladaq ki, Venesuelada siyasi-iqtisadi vəziyyət yanvarın 23-dən etibarən kəskinləşib. Belə ki, kütləvi etirazlar fonunda X.Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.
İnterPress.Az