İnterPress.Az \”Reuters\”ə istinadən xəbər verir ki, bu barədə \”Taliban\” hərəkatının nümayəndəsi Zabiullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, ABŞ-ın nümayəndə heyəti hazırda gəldiyinə görə, görüşün ən qısa müddətdə başlayacağı gözlənilir.
Daha əvvəl ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Dohada keçirilən danışıqlarının beşinci mərhələsinin yekununda taliblərlə, o cümlədən ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı razılaşmanın ilkin qaralama formasının hazırlanması barədə məlumat verib. O, eyni zamanda qeyd edib ki, hələlik yekun razılaşma yoxdur.
İnterPress.Az