Şri-Lanka Prezidenti: “Terror hücumları xaricdə hazırlana bilərdi”backend

Şri-Lanka Prezidenti: “Terror hücumları xaricdə hazırlana bilərdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az RİA \”Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Maytripala Sirisena bildirib.

“Terrorçulara xaricdən dəstək verənlərin onlarla əlaqədə olduqlarının ehtimalı yüksəkdir”,- dövlət başçısı deyib.

O, İŞİD tərəfindən yeridilən yeni strategiyada hədəfə daha çox nisbətən kiçik ölkələr götürüldüyünü diqqətə çatdırıb və həmin terrorçu təşkilatın lideri Əbubəkr əl-Bağdadiyə müraciət edərək, ölkəsindən “əl çəkməy”ə çağırıb.

Xatırladaq ki, bu il aprelin 21-də Şri-Lankanın müxtəlif şəhərlərində 8 partlayış törədilmişdi.

İnterPress.Az