İnterPress.Az “İnterfaks”a istinadən xəbər verir ki, o, əməlləri ilə hərbi qulluqçu rütbəsini nüfuzdan saldığı üçün işdən çıxarılıb.
Bir müddət əvvəl Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları onu rüşvət aldığı üçün tutub. Qeyri-rəsmi məlumatlara əsasən, Andrey Vtyurinin aldığı rüşvətin məbləği 150 min dollardır.
O, Belarusun ən nüfuzlu dövlət xadimlərindən sayılır. 2014-cü ildən Təhlükəsizlik Şurasında işləyir. Bu vəzifəyə keçənədək 7 il müddətinə Belarus Prezidentinin Təhlükəsizlik Xidmətinə başçılıq edib. Prezident Aleksandr Lukaşenkonu 1995-ci ildə bu vəzifəyə təyin etmişdi. Ölkə mətbuatı Andrey Vtyurini Belarus Prezidentinin yaxın adamı adlandırır.
İnterPress.Az