Hindistanda partlayış törədilib, 15 hərbçi ölübbackend

Hindistanda partlayış törədilib, 15 hərbçi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az NDTV-yə istinadən xəbər verir ki, hərbçilər ötən gün maoçu terrorçular tərəfindən maşının yandırılmasını araşdırmaq üçün hadisə yerinə gedirmişlər.

Sözügedən hücumun qonşu Çattisgarh ştatında ötən ay keçirilən seçkilərdən sonra maoçuların törətdiyi sayca üçüncü belə hadisə olduğu bildirilir. Baş Nazir Narendra Modi “mənfur” deyə səciyyələndirdiyi bu hücumu törədənlərin belə üsullarla özlərini xilas edə bilməyəcəklərini deyib.

Elə bu gün həmin ərazidə yol tikintisində istifadə olunan bir neçə texnikanın da maoçular tərəfindən yararsız vəziyyətə gətirildiyi bildirilir.

İnterPress.Az