Yerevan zooparkının əməkdaşları etiraz aksiyası keçiribbackend

Yerevan zooparkının əməkdaşları etiraz aksiyası keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, piketdə heyvanat bağçasının direktoru Ruben Xaçatryanın istefası tələb edilib.

Bildirilib ki, bu il aprelin 29-da zooparkdakı yeganə Benqal pələnginin ölüsü aşkarlanıb. Ötən il isə vərəm xəstəliyindən Nobel adlı Amur pələngi ölmüşdü. 2018-ci ilin oktyabrında Qafqaz ayısı, noyabrın 13-də də zebr ölüb. Onların qanında və sidiyində böyük miqdarda zəhər aşkarlanıb.

Əsasən, zooparkın əməkdaşlarından ibarət olan etiraz aksiyasının iştirakçıları müəssisənin direktorunu qeyri-peşəkarlıqda, səlahiyyət həddini aşmaqda, şəxsi maraqlarına uyğun olaraq, kadrları təmizləmək və onları təqib etməkdə ittiham ediblər.

İnterPress.Az