Bu barədə \”İnterPress.Az\”a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan Ali Hərbi Məktəbinin zabit, professor və müəllim heyəti ilə yanaşı Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndələri də iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçıları hərbi məktəbin muzeyi, İdeoloji mərkəzi, eləcə də təhsil müəssisəsində çap olunan tədris vəsaitlərinin sərgisi ilə tanış olublar.
Konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.
İnterPress.Az