Vladiqafqazda Üzeyir Hacıbəyovun xatirə lövhəsi açıldıbackend

Vladiqafqazda Üzeyir Hacıbəyovun xatirə lövhəsi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Şimali Osetiya Azərbaycanlıları Konqresinin təşkil etdiyi açılış mərasimində Şimali Osetiya Alaniya Respublikasının dövlət rəsmiləri, yerli mədəniyyət xadimləri, Moskva, Pyatiqorsk, Maqas şəhərlərindəki Azərbaycan İcmalarından, Azərbaycan Respublikası Diasporla və xaricdə yaşayan azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən qonaqlar iştirak ediblər.

20 ci əsrin əvvəlində dahi musiqiçi Üzeyir Hacıbəyov Vladiqafqaz şəhəri keçmiş Vorontsov, hazırda isə Butırin 5 ünvanında yaşayıb və burda “Arşın Mal Alan” operettasını rus dilinə tərcümə edib.

“Harun və Leyla” operasını da Üzeyir Hacıbəyov Vladiqafqazda yaşayarkən yazıb. Bu vacib faktlar ötən əsrin 80 cı illərindən etibarən həm yerli, həm də Azərbaycan ziyalıları tərəfindən Üzeyir Hacıbəyovun xatirəsinin bu şəhərdə əbədiləşdirilməsi təşəbbüssünə əsas olub.

Müəyyən səbəblərdən məsələnin həlli geciksə də son illər Şimali Osetiyadakı Azərbaycan icmasının fəaliyyəti nəticəsində Vladiqafqaz meriyası Üzeyir Hacıbəyovun xatirə lövhəsinin vurulmasına icazə verib.

Açılış mərasimində çıxış edən Şimali Osetiya Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov dahi bəstəkar Üzeyir Hacıbəyovun Vladiqafqazda həyat fəaliyyətindən danışıb.

O layihənin gerçəkləşməsində Şimali Osetiya Alaniya Respublikası rəhbərliyinin dəstəyini yüksək qiymətləndirib.

Açılış mərasimində Şimali Osetiya Alaniya Respublikası Parlamentinin deputatı Fuad Kazımov, Moskvadan tədbirə dəvət almış görkəmli ziyalı, professor Fazil Qurbanov, filologiya elmləri namizədi, jurnalist Anar Həsənov, “Alaniya İrsi” dövlət müəssisəsinin rəhbəri Lyudmila Qaboeva, Azərbaycan Respublikası Diasporla və xaricdə yaşayan azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin departament müdiri Ruslan Quliyev çıxış ediblər.(demokrat)

Vladiqafqazda Üzeyir Hacıbəyovun xatirə lövhəsi açıldı

Vladiqafqazda Üzeyir Hacıbəyovun xatirə lövhəsi açıldı

Vladiqafqazda Üzeyir Hacıbəyovun xatirə lövhəsi açıldı

İnterPress.Az