“Sumqayıt”ın kapitanı: “Bu inam və güvənin sayəsində nəticələr də gəldi”backend

“Sumqayıt”ın kapitanı: “Bu inam və güvənin sayəsində nəticələr də gəldi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Report”a “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XXVII turunda evdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edərək elitada qalmağı təmin etdikləri matçdan sonra söyləyib. 31 yaşlı mərkəz müdafiəçisinin sözlərinə görə, sonuncu həftədə “Qəbələ” ilə ev oyununa əsas heyətlə çıxmalıdırlar: “Azərbaycan Kubokunda finala çıxandan sonra baş məşqçi komandanı hazırlamaqdan ötrü çox əziyyət çəkdi. Çünki finala vəsiqə qazandığımız üçün sevincimiz həddindən artıq böyük idi. Buna rəğmən, vacib qarşılaşmada qalib gəldik. Qarşıda “Qəbələ” ilə oyunumuz var. Bu matçı unudub növbəti tura hazırlaşmalıyıq. Son görüşə əsas, yoxsa ikinci heyətlə çıxmaqla bağlı baş məşqçimiz qərar verəcək. İkinci heyətlə çıxacağımızı düşünmürəm. Çünki evdə oynayırıq, qələbə qazanmaq istəyirik. Kubok oyununa hələ bir həftə var. Ona qədər optimal heyətlə çıxış etməliyik ki, həmin görüşə hazır olaq”.

Hüseynov ardıcıl uğrusuz nəticələrdən sonra toparlana bilmələrininin səbəbini də açıqlayıb: “Bəli, səhvlərimiz olurdu, ancaq oyun baxımından kimdənsə geri qaldığımızı deməzdim. Yaxşı oynasaq da, fürsətlərdən istifadə edə bilmirdik və şanssız qollar buraxırıdıq. Əsas odur ki, bizə inanan baş məşqçimiz, rəhbərlik, güvənən insanlar oldu. Bu inam və güvənin sayəsində axırda nəticələr də gəldi”.

Qeyd edək ki, Azərbaycan Kubokunda “Qəbələ” və “Sumqayıt” arasında final matçı mayın 19-da Naxçıvanda keçiriləcək.

İnterPress.Az