MDB-nin elmi və yaradıcı ziyalılarının XIV forumu keçiriləcəkbackend

MDB-nin elmi və yaradıcı ziyalılarının XIV forumu keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “BelTA”ya istinadən xəbər verir ki, bu barədə MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Özbəkistan, Rusiya və Tacikistandan 200-dən artıq nümayəndə iştirak edəcək.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun da iştirakı gözlənilən forum çərçivəsində “Türkmənistan Böyük İpək Yolunun qəlbidir” adlı əsas panel Avrasiya miqyasındakı humanitar əməkdaşlıq məsələlərinə həsr olunacaq.

İnterPress.Az