Sabirabadda avtomobil su kanalına düşüb, bir ailənin iki üzvü ölüb, ikisi yaralanıb – VİDEO – YENİLƏNİBbackend

Sabirabadda avtomobil su kanalına düşüb, bir ailənin iki üzvü ölüb, ikisi yaralanıb – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, Şamaxı rayon sakini, 1983-cü il təvəllüdlü Nuhiyev Arzum Sabahəli oğlunun idarə etdiyi 56-BC-449 qeydiyyat nişanlı \”VAZ 2106\” markalı avtomobilin su kanalına düşməsi nəticəsində sürücünün atası 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu və qardaşı 1980-ci il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu dünyasını dəyişib.

Sürücü özü və onun anası 1958-ci il təvəllüdlü Nuhiyeva Xədicə Lələ qızı xəsarət alaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadının vəziyyəti daha ağırdır.

***

Saat 23:37

Sabirabad rayonunda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişən və xəsarət alan şəxslərin hamısı bir ailənin üzvləridir.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, \”VAZ 2106\” markalı avtomobilin yoldan çıxaraq kanala aşması nəticəsində ata ilə oğul dünyasını dəyişib.

Ailənin digər oğlu və ana xəsarət alaraq xəstəxanaya çatdırılıb.

***

Saat 22:48

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

İnterPress.Az-ın məlumatına görə, Surra-Padarçöl kəndləri arasındakı yolda baş vermiş qəzada \”VAZ 2106\” markalı minik maşını aşıb.

Bildirilir ki, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Daha 2 nəfər xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb olunub.

Hazırda təfərrüatlar araşdırılır.

İnterPress.Az