Salyanda ağır qəza, 4 nəfər yaralıbackend

Salyanda ağır qəza, 4 nəfər yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində olub

Hərəkətdə olan “Jiquli” markalı avtomobil idarəetməni itirərək mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri – 1981-ci il təvəllüdlü Allahverdiyeva Səkinə Abas qızı, 1977-ci il təvəllüdlü Məmmədov Elçin Quzu oğlu, 1992-ci il təvəllüdlü Məmmədov Habil Bəhrəm oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.Az