İnterPress.Az “dv”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Ticarət və Sənaye Palatası Birliyi məlumat yayıb.
Buna səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar göstərilir.
Bildirilib ki, 2018-ci ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi 223 milyon avro təşkil edib. 2019-cu ilin hesabat dövründə isə bu rəqəm iki dəfə azalıb.
2018-ci ildə Almaniyanın İrana ixracı özündən əvvəlki illə müqayisədə 8 faiz azalaraq 2,71 milyard avro təşkil edib. İrandan Almaniyaya ixrac olunan məhsulun həcmi 42,2 faiz azalaraq, təxminən, 41 milyon avro təşkil edib.
Məlumata görə, hazırda İranda Almaniyanın 60-a yaxın firmasının nümayəndəliyi fəaliyyət göstərir. Bu isə 2015-c il iyulun 15-dən sonrakı dövrlə müqayisədə iki dəfə azdır.
Qeyd edək ki, mayın 8-də İran nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsində üzərinə götürdüyü öhdəliklərin bir qisminin icrasını dayandıracağını bildirib.
İnterPress.Az