“Neftçi” “Qarabağ”la oyunun biletlərini yüksək qiymətə satışa çıxarıbbackend

“Neftçi” “Qarabağ”la oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, qiymət bütün sektorlara 50 manat təşkil edir. Mövsüm ərzində “Neftçi”nin ev oyunlarında biletlərin qiyməti VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat olub.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma mərasimi keçiriləcək. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alacaq.

İnterPress.Az