Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 1100 nəfəri keçibbackend

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 1100 nəfəri keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az \”RİA Novosti\”yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ümumilikdə, ölkədə 1649 yoluxma halının aşkarlandığını açıqlayıb.

Bunlardan 1561-i laboratoriya müayinəsi nəticəsində təsdiqlənib, 88 nəfərin isə virusa yoluxduğu ehtimal olunur. Nazirlikdən bildirilib ki, virusdan 1105 nəfər ölüb, 444 nəfər müalicə alaraq sağalıb.

Qeyd edək ki, \”Ebola\” epidemiyası 2015-ci ildən Qərbi Afrikada geniş yayılıb və əsasən üç ölkədə – Qvineya, Syerra Leone və Liberiyada rast gəlinib.

Konqo Demokratik Respublikasında \”Ebola\” virusunun mövcud yayılması 2018-ci ilin iyul ayının sonundan başlayıb

İnterPress.Az