“New York Times”ın yazdığına görə, bunu nəzərdə tutan planı ABŞ müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahan milli təhlükəsizliklə bağlı mayın 9-da Vaşinqtonda keçirilən iclasda təqdim edib.
Nəşrin yazdığına görə, yeni plan Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun başçılığı altında “şahinlərin” təzyiqi altında təşkil olunub.
Qəzetin mənbəsinin bildirdiyinə görə, planda göstərilən şəxsi heyət sayı onunla tanış olan bir çox siyasətçiləri təəcübləndirib, həmin sayda hərbi kontingent 2003-cü ildə İraq istilası zamanı səfərbər olunmuşdu.
İnterPress.Az