“Qarabağ” daha bir legioner futbolçusu ilə vidalaşacaqbackend

“Qarabağ” daha bir legioner futbolçusu ilə vidalaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Con Delarjın xidmətində maraqlı deyil. Bu üzdən klub ötən yay 2+1 illik müqavilə bağladığı 29 yaşlı konqolu hücumçunun göndəriliməsi ilə bağlı mümkün variantları gözdən keçirir.

Bu ilin yanvarında intizamsızlığa görə əsas heyətdən kənarlaşdırılan forvardın satılması və ya icarəyə verilməsi mümkündür. Tərəflər ortaq məxrəcə gələcəyi təqdirdə, onunla sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilə bilər.

Qeyd edək ki, “Qarabağ” mövsüm başa çatandan sonra polşalı müdafiəçi Yakub Jezniçak, isveçrəli hücumçu İnnosent Emeqara və braziliyalı forvard Reynaldo Silva ilə yollarını ayırıb.

İnterPress.Az