Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıbbackend

Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında 20 Yanvar küçəsində yerləşən mağazadan oğurluq edilməsinin qarşısı alınıb.

Xüsusi texniki vasitələrlə qorunan obyekdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman oranın qapısının sındırıldığı müəyyən edilib.

Polis əməkdaşları hadisə yerinə daxil olan zaman əlində kəsici alət olan bir nəfəri mağazadan oğurluq etmək istəyən zaman saxlamağa nail olublar. Ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə aparılan həmin şəxsin yetkinlik yaşına çatmayan S.P olduğu müəyyən edilib.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda müxtəlif vaxtlarda 1 avtomobildən, dərzi sexi, gözəllik salonu və daha bir mağazadan pul, həmçinin mobil telefonlar oğurladığı müəyyən edilib. Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

İnterPress.Az