İnterPress.Az xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Yuliya Lovoşkina (Ukrayna) və Andrej Şirceljin (Sloveniya) yaydıqları bəyanatda məhkəmə orqanlarının qeyd-şərtsiz müstəqilliyi və siyasi aktorların müdaxiləsinin yolverilməz olduğu vurğulanıb.
\”Siyasi tərəfdaşlar qanunverici orqanlara təzyiq kimi qəbul edilə bilən fəaliyyət və bəyanatlardan uzaq durmalıdırlar\”, – həmməruzəçilər Ermənistana tovsiyə ediblər.
Qeyd edək ki, Nikol Paşinyan mayın 19-da Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən buraxılmasından sonra ölkə vətəndaşlarını məhkəmənin giriş-çıxışlarını nəzarətə götürməyə çağırıb.
İnterPress.Az